Avropa Komissiyasının birinci vitse-prezidenti, Avropa Birliyinin (AB) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Ketrin Eşton Azərbaycana gəlib. Bu barədə AB-nin Azərbaycandakı nümayəndəliyinin mətbuat xidmətindən məlumat verilib. İşgüzar səfər çərçivəsində K. Eşton Azərbaycan prezidenti İlham Əliyev, baş nazir Artur Rasi-zadə və xarici işlər naziri Elmar Məmmədyarovla görüş keçiriləcək. K.Eşton noyabrın 16-da Bakıdan Tiflisə, oradan isə İrəvana səfər edəcək.