Birləşmiş Ştatlar Suriya prezidenti Bəşər Əsədə növbəti dəfə müraciət edərək, onu istefa verməyə çağırıb. BBC-nin verdiyi məlumata görə, Vaşinqton eyni çağırışla bundan əvvəl də bir neçə dəfə çıxış edib. Xatırladaq ki, dünən eyni çağırışla İordaniya kralı II Abdulla çıxış etmişdi. Ötən həftə isə Ərəb Dövlətləri Liqası Suriyanı qurumun sıralarından çıxarmışdı.