Bu gün rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Bolqarıstan Respublikasının prezidenti Georgi Pırvanovun təkbətək görüşü olub. Görüşdə son illərdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. Siyasi, iqtisadi, energetika və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivin olduğu vurğulanıb. Əlaqələrimizin bundan sonra da möhkəmləndiriləcəyinə əminlik bildirilib və Bolqarıstan prezidenti Georgi Pırvanovun Azərbaycana rəsmi səfərinin bu baxımdan önəmi qeyd edilib. Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb.