Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Orduda üç pilləli, iki tərəfli olmaqla keçirilən növbəti komanda-qərargah təlimi başa çatıb.

Təliminin birinci mərhələsində ərazidə müdafiə və hücum əməliyyatlarının qərargahlar tərəfindən planlaşdırılması həyata keçirilib. İkinci mərhələsində isə qəbul edilmiş qərarların simulyasiya mərkəzində kompüterlər üzərində oynanılması təmin edilib.