Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin apardığı monitorinqlərin nəticələrinə əsasən, 30 avqust 2018-ci il tarixində ölkə ərazisində havada olan tozun miqdarı sanitar normadan artıq olduğu məlum olub.
Mia.az ETSN-ə istinadən bildirir ki, Buna səbəb ölkə ərazisinə şərq, cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz-dumanının daxil olmasıdır:
"Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə səhər saat 7:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan 20 faiz yuxarı olduğu qeydə alınıb. Meteoroloji proqnoza əsasən tozlu hava şəraitinin 2 gün davam edəcəyi gözlənilir".