Gəncə şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunan Niyazi Müzəffər oğlu Bayramov kollektivə təqdim olunub.
Məlumata görə, N.Bayramovu kollektivə Azərbaycan Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi Zeynal Nağdəliyev təqdim edib.
Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin kollektivi, idarə rəhbərləri, şəhər hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib/Report.