Goranboy Rayon Polis Şöbəsinin rəisi tutduğu vəzifədən azad edilib.

Daxili işlər naziri, general polkovnik Ramil Usubovun müvafiq əmri ilə Goranboy rayon polis şöbəsinin rəisi, polis polkovniki Azadəliyev Fəqan Cəbrayıl oğlu vəzifəsindən azad olunaraq sərəncama göndərilib. 

Onun yerinə hələ ki, təyinat olmayıb.

Qeyd edək ki, F. Azadəliyev 2014-cü ilin fevral ayından Goranboy rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb/Report.

O, bundan əvvəl Yardımlı polisinə rəhbərlik edib. 2014-cü ilin 1 iyul tarixində isə Prezidentin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif olunub.

Mia.az