Azərbaycanda ard-arda üç zəlzələ
Azərbaycanın Ağstafa rayonundan 22 km şimali - şərqdə saat 07:00 radələrində zəlzələ baş verib. Milli Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələnin maqnitudası 3.00 bal olub. Yeraltı təkanların episentri 10 km dərinlikdə qeydə alınıb. Zəlzələ hiss olunmayıb.
Xatırladaq ki, bundan əvvəl bu gün saat 01:49 radələrində Xəzər dənizində, Lənkəran rayonundan 45 km cənubi-şərqdə zəlzələ geydə alınıb. Zəlzələnin maqnitudası 3.00 bal olub. Yeraltı təkanların episentri 37 km dərinlikdə qeydə alınıb. Zəlzələ hiss olunmayıb.
Dünən isə saat 15:22 radələrində Azərbaycanın Masallı rayonundan 10 km qərbdə zəlzələ qeydə alınıb. Milli Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələnin maqnitudası 3.10 olub. Yeraltı təkanların episentri 8 km dərinlikdə qeydə alınıb. Masallıda zəlzələ hiss olunmayıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08