ABŞ səfirliyinə edilən hücum xaos yaratmaq cəhdidir.
Bunu Türkiyə prezidentinin mətbuat xidmətinin sözçüsü İbrahim Qalın ABŞ-ın Ankaradakı səfirliyinə edilən hücumla bağlı danışarkən deyib.
"ABŞ səfirliyinə edilən hücumu pisləyirik. Türkiyə təhlükəsiz ölkədir və bütün xarici qurumlar qanunla mühafizə olunur. Hazırda hadisə araşdırılır, qısa müddətdə aydınlaşdırılacaq”, - deyə o bildirib.
Qeyd edək ki, naməlum şəxslər bu gün səhər saatlarında ABŞ-ın Ankaradakı səfirliyinə avtomobildən atəş açıblar/Axar.az.