Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Baba Salayevin işdən çıxarılması ilə bağlı əmr imzalamışdı.
Unikal.org-un əldə etdiyi məlumata görə, Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Baba Salayevi sərəncama götürüb.
İddiya görə, B.Salayevin FHN-də idarə rəisi təyin ediləcəyi gözlənilir.
Qeyd edək ki, Baba Salayev deputat Hacı Salayevin qardaşıdır.
