Azərbaycan prezidenti İlham Əliyev Ağdaş, Ucar və Ağsu rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncamlar imzalayıb. Sərəncamlara əsasən, bu məqsədlə 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağdaş, Ucar və Ağsu Rayon İcra hakimiyyətlərinin hər birinə 2,0 (iki) milyon manat vəsait ayrılıb. Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.