Prezident İlham Əliyev bu gün Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında iştirak etmək üçün Qazaxıstanın Aktau şəhərinə səfərə gəlib.
Mia.az xəbər verir ki, Aktau şəhərinin beynəlxalq hava limanında dövlət başçısını Qazaxıstanın energetika naziri Kanat Bozumbayev və digər rəsmi şəxslər qarşılayıblar.