Təxminən, 40 dəqiqədir ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan Azərbaycana daxil olmaq istəyən yerli və xarici vətəndaşlar problemlə üzləşiblər.
Sərnişlərin "Report”a verdiyiməlumata görə, insanlar sərhəd-buraxılış məntəqəsindən keçə bilmirlər.
Buna səbəb aeroportda vətəndaşların qeydiyyatı üçün istifadə olunan proqram təminatının donmasıdır.
***
Məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən"Report"a bildirilib ki, hava limanının rabitə qovşağında aparılan profilaktik işlərlə əlaqədar vətəndaşların qeydiyyatı sisteminin fəaliyyətində 20 dəqiqəlik fasilə yaranıb. Artıqsistemin fəaliyyəti bərpa olunub.
