Zakir Qaralov idarə rəisini təqaüdə göndərdi
Baş Prokurorluğun idarə rəisi təqaüdə göndərilib. Milli Təhlükəsizlik və Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidmətinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət İdarəsinin rəisi Çingiz Məmmədov prokurorluq orqanlarında qulluqda olmanın son yaş həddinə çatması ilə əlaqədar təqaüdə göndərilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə məlumatı təsdiqləyiblər. Həmin idarənin rəisi vəzifəsinə hələlik yeni təyinat yoxdur.
Prokurorluq orqanlarında qulluqda olmanın son yaş həddi 60 yaş müəyyən olunub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08