Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının artırılması haqqında sərəncam imzalayıb. Maaşlar orta hesabla 30 faiz artırılıb. Digər sərəncama görə isə Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları artırılıb. Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşları orta hesabla 30 faiz artırılıb. Hər iki sərəncam 2011-ci il noyabrın 1-dən qüvvəyə minir.