"Həcc ziyarətinə gedən avtobuslarda heç bir hadisə qeydə alınmayıb"
Azərbaycandan Həcc ziyarətinə gedən avtobuslardan biri aşıb. Qəza azərbaycanlı zəvvarları Həcc ziyarətinə aparan, 18 avtobusun yer aldığı birinci karvanda baş verib. İordaniya ərazisində qeydə alınan qəza nəticəsində ölən və yaralananların olduğu bildirilir.
?Azərbaycandan Həcc ziyarətinə gedən avtobusların heç birində qəza baş verməyib". Bu barədə məlumatı ANS PRESS-ə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) xarici əlaqələr şöbəsinin müdiri Müqəddəs Payızov verib. Onun sözlərinə görə, Həcc ziyarətinə gedən avtobuslarda heç bir hadisə qeydə alınmayıb. ?Hər bir şey öz qaydasındadır. Ölən, yaxud yaralanan yoxdur".
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova isə bir də belə yalan və məsuliyyətsiz xəbərlərin yayılmayacağına ümid etdiklərini bildirib.
Xatırladaq ki, bu gün günorta saatlarına Azərbaycandan Həcc ziyarətinə gedən avtobuslardan birinin İordaniya ərazisində aşdığı,qəza nəticəsində ölən və yaralananların olması barədə məlumat yayılmışdı.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08