Fəzail Ağamalı ABŞ-ın Azərbaycandakı Səfirliyinin nümayəndəsini qəbul edib
Bu gün Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı ABŞ-ın
Azərbaycandakı Səfirliyinin Siyasət Şöbəsinin müdiri Antoni Beirdi və Siyasi
Məsələlər üzrə Müşaviri Ceymi Smiti qəbul edib.
Görüşdə Ana Vətən Partiyasının (AVP) tarixi, siyasi proseslərdəki rolu və mövqeyi, Azərbaycandakı mövcud siyasi
durum, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan Parlamentində
qəbulu vacib olan bir sıra qanun layihələri haqqında müzakirələr aparılıb.
Millət vəkili Fəzail Ağamalı rəhbərlik etdiyi partiyanın siysasi proseslərdəki
rolunu qiymətləndirərək bildirmişdir ki, Ana Vətən Partiyası Azərbaycan tarixinin ən
ağır dövrlərindən birində yardılmış və bu günə qədər olduqca şərəfli bir yol
keçmişdir. Millət vəkili həmçinin qeyd etdi ki, ABŞ-ın da həmsədr olduğu ATƏT-in
Minsk Qrupu işğala məruz qalan Azərbaycanla işğalçı Ermənistana eyni möve
sərgiləyir: ?Bu isə yolverilməzdir. Və bu təkcə mənim deyil, bütün Azərbaycan
xalqının mövqeyidir. Necə olur ki, Liviyaya qarşı BMT-də 1 qətnamə qəbul olunandan
sonra bütün böyük dövlətlər ona qarşı hərbi əməliyyatlar aparır, amma BMT-də
Ermənistana qarşı 4 qətnamənin qəbul olunmasına baxmayaraq bu qətnamələrin heç biri
yerinə yetirilmir və heç bir dövlət Ermənistana təzyiq göstərmir ki, işğal etdiyi
Azərbaycan torpaqlarını azad etsin?.
Daha sonra millət vəkili F.Ağamalı ?Siyasi partiyalar haqqında qanun?un Milli
Məclisdə qəbulunun vacibliyini önə çəkdi.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51