Bu gün Milli Məclisdə Azərbaycan Respublikasının 2012-ci ilin büdcə zərfinə daxil olan sənədlər müzakirəyə çıxarılacaq. Büdcə zərfi parlamentin Sosial siyasət komitəsində müzakirə olunacaq. Qeyd edək ki, Milli Məclisin növbəti plenar iclası noyabrın 22-də olacaq. Həmin iclasda 2012-ci ilin büdcə zərfinə daxil olan sənədlər müzakirəyə çıxarılacaq. Büdcə layihəsi ilə bağlı sənədlər artıq deputatlara paylanıb, millət vəkilləri hazırda həmin sənədlərlə tanış olurlar. Maliyyə Nazirliyi 2012-ci ilin büdcə layihəsini mətbuat vasitəsilə ictimai müzakiyə də təqdim edib. 2012-ci il üçün dövlət büdcəsinin gəlirləri 15 554,2 mln. manat, xərcləri isə 15 941,2 mln. manat həcmində təsdiqlənib. Büdcədə neftin baza qiyməti 80 dollar/barel səviyyəsində götürülüb.