İyulun 27-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvəti ilə Moskva şəhərinə səfər edəcək.

Mia.az MN-ə istinadən bildirir ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənov iyulun 28-də "Beynəlxalq ordu oyunları - 2018” yarışlarının rəsmi açılış mərasimində iştirak edəcək.