Xəbər verdiyimiz kimi, ABŞ Konqresi Türkiyəyə F-35 qırıcı təyyarələrinin satılmasını müvəqqti dondurub.

Mia.az xarici mətbuata istinadən bildirir ki, bu barədə verilən qərarda Türkiyənin Rusiya ilə hərbi əməkdaşlığı əsas götürülüb. Bu əməkdaşlığın dayandırılacağı təqdirdə isə, F-35-lərin göndəriləcəyi məqbul sayılıb.

Konqresin bu qərarı isə Türkiyədə gözlənildiyinin əksinə olaraq, sakit qarşılanıb.

Məsələyə reaksiya verən Prezident Ərdoğan deyib ki, qərardan narahat deyillər: "Bizə prezident Trampın yazılı vədi var, ona güvənirik. Bu ana qədər ABŞ-a müəyyən qədər vəsait ödənilib, iki F-35 alınıb. Hazırda da pilotlarımız ABŞ-da həmin təyyarənin uçuşunu öyrənirlər".

Ərdoğan bildiirb ki, məsələni NATO tədbiri çərçivəsində Trampla müzakirə edəcək.