Azərbaycanın şəhid olan əsgəri dəfn edilib.

"Report"un yerli bürosu xəbər verir ki, Azərbaycan Ordusunun əsgəri Səməd Anar oğlu Alışov Qəbələ rayonunun Zirik kənd qəbirstanlığında torpağa tapşırılıb. 

Şəhidin dəfnində ailə üzvləri , Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Qəbələ Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və rayon sakinləri iştirak ediblər.

Allah rəhmət eləsin!