Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi məlumata görə, mülayim şimal-qərb küləyi gündüz güclənəcək. Gecə 9-11, gündüz 11-14 dərəcə isti olacaq. Oktyabrın 26-da havanın buludlu olacağı, yağış yağacağı proqnozlaşdırılır. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 8-13 dərəcə isti təşkil edəcək. Azərbaycanın rayonlarında oktyabrın 25-də arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, dağlıq rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 8-13, gündüz 13-18, dağlarda gecə 1-6, gündüz 7-12 dərəcə isti olacaq. Oktyabrın 26-da bölgələrdə havanın yağıntılı olacağı, arabir intensivləşəcəyi gözlənilir. Dağlıq və bəzi dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Bəzi yerlərdə güclü qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-9, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 1-4 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 3 gün ərzində Abşeron yarımadasında tutqun, yağmurlu və küləkli hava şəraiti meteohəssas insanlar üçün əlverişsizdir.