Türkdilli Ölkələrin Əməkdazlıq Şurasının yekun bəyannaməsi qəbul edilib
Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının zirvə toplantısı sona çatıb. Qazaxıstanın paytaxtı Almatında keçirilən Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yekun bəyannaməsi qəbul edilib. Almatı Bəyannaməsi 49 bənddən ibarətdir.
Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının II sammiti 2012-ci ildə Qırğızıstanda keçiriləcək. Sammit ?Elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq? mövzusunda olacaq.
ANS PRESS-in Qazaxıstanın "Kazinform" saytına istinadən verdiyi məlumata görə, Şuranın birinci sammitində Azərbaycan, Qazaxıstan, Qırğızıstan prezidentləri İlham Əliyev, Nursultan Nazarbayev, Roza Otunbayevə və Türkiyənin baş nazirin müavini Bekir Bozdağ iştirak edib.
Sammitdə aktual regional və beynəlxalq məsələlər müzakirə edilib. Görüş iştirakçları həmçinin ticari-iqtisadi və mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi mövzusuna da toxunublar.
Bir qədər öncə tədbir çərçivəsində dörd ölkənin işgüzar dairələrinin iştirakı ilə biznes-forum keçirilib. Həmin tədbir çərçivəsində Türkdilli Ölkələrin İşçi Şurasının yaradılması haqda sənəd imzalanıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08