Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Brüsseldə ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb.
Bu barədə Mia.az-a Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı tərəflər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə ediblər.
Qeyd edək ki, görüş Brüsseldə NATO-nun sammiti çərçivəsində baş tutub.