Prezident İlham Əliyevin sərəncamı ilə fövqəladə hallar nazirinə müavin təyin edilib.
APA-nın məlumatına görə, gömrük general-leytenantı Nazim Məmmədov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavini təyin edilib.
Qeyd edək ki, Nazim Məmmədov buna qədər Dövlət Gömrük Komitəsi sədrinin müavini vəzifəsində çalışıb və bu gün vəzifəsindən azad olunmuşdu.
