Bu gün sui-qəsdə məruz qalan Gəncə İcra Hakimiyyətinin başçı Elmar Vəliyev Real TV-yə açıqlama verib.
Mia.az xəbər verir ki, hazırda Gəncədə müalicə alan Elmar Vəliyev deyib ki, səhhəti ilə bağlı ciddi narahatlığa əsas yoxdur.
İcra başçısı yüngül yaralandığını, tezliklə işinin başında olacağını bildirib. O, sonda səhhətilə maraqlanan hər bir kəsə minnətdarlığını çatdırmağı xahiş edib.