Dubayın Flydubai aviaşirkəti bu yaxınlarda Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş sorğunun nəticələrinə görə, regionun ən yaxşı aviaşirkəti seçilib. Şirkətin Bakıdakı nümayəndəliyindən MİA-ya verilən məlumata görə, sorğuda 500 rezident regionda qiymət və keyfiyyət nisbəti üzrə ən yaxşı aviaşirkətin adlarını açıqlayıblar. Cəmi iki il bundan öncə kommersiya uçuşlarına başlayan Flydubai 31% səs toplayaraq ilk yeri tutub. İkinci yeri, 13% az səs alan, Dubayın Emirates aviaşirkəti qazanıb. Üçüncü pillədə, Şərçada yerləşən Air Arabia aviaşirkəti yer alıb. Abu Dabinin Etihad Airways aviaşirkəti Flydubai-dan 24% az, Emirates-dən isə 11% az səs toplayaraq (7%) liderlər siyahısından kənarda qalıb. Sorğunun təşkilatçısı, Real Opinions tədqiqat şirkəti olub.