Parabank orta məktəbdən ali məktəbədək bütün təhsil müəssisələrinin tələbələrinə öz müəllimlərinin peşə bayramında onlara 1000 manat həcmində hədiyyə almaq imkanı yaradır. Müsabiqənin şərtləri:  müəllim gününə həsr edilmiş orijinal açıqça yazın və?Teachers day? (!) mövzusu göstərilən facebook@parabank.az elektron poçtunun ünvanına göndərin  Açıqca bütün sinfin/qrupun, həmçinin tək şagirdin/tələbənin adından yazıla bilər. Hər iki halda məktubda müəllimin S.A.A., təhsil müəssisəsinin adı, sinif/qrup, yazanın S.A.A. ayrıca göstərilməlidir.  Təbriki yazan heç bir internet resurslardan və digər köməkçi vasitələrdən istifadə etmədən açıqcasını yazmalıdır.  Təbrik təhsil alınan dildən asılı olaraq müvafiq surətdə yazıla bilər.  Bir sinif/qrupp, şagird/tələbə adından yalnız bir (bizim ixtiyarımızda) təbrik ayrıca müəllimin adına qəbul edilir. Mükafat iki ən orijinal təbrik arasında bərabər hissələrlə bölüşəcək.