İlham Əliyev və Ərdoğanın iştirakı ilə Azərbaycan və Türkiyə arasında Strateji Əməkdaşlıq Şurasının növbəti iclası oktyabrın 25-26-da İzmirdə keçiriləcək. İclasın işində iki ölkənin xarici işlər, energetika, nəqliyyat, iqtisadiyyat, kənd təsərrüfatı nazirlikləri iştirak edəcəklər. İclasın açılışından əvvəl İzmirdə səhmlərinin 51%-nin Azərbaycanın Dövlət Neft Şirkətinə məxsus olduğu Petkim neft-kimya kompleksini xammalla təmin edəcək yeni neft emalı zavodunun təntənəli təməlqoyma mərasiminin keçirilməsi planlaşdırılır. Bundan başqa, İzmirdə iki ölkə liderləri Heydər Əliyevin adını daşıyacaq məktəb-liseyin açılışında iştirak edəcəklər.