Muxtar respublikada yerləşən Əlahiddə Ümumqoşun Ordunun Hava Hücumundan Müdafiə hissə və bölmələrində döyüş atışlı taktiki xüsusi təlimlər başlayıb.
Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, təlimlərə həyəcan siqnalının verilməsi, şərti hava düşməninin ilk zərbələrinin dəf edilməsi, idarəetmə və komanda məntəqələrində döyüş işinin aparılması ilə başlanılıb.



