"Azərkosmos” Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Azersky peyki vasitəsilə Ermənistan Silahlı Qüvvələri tərəfindən təmas xəttində son günlər törədilmiş yanğınların monitorinqini aparıb.
Mia.az-a daxil olan məlumata görə, yanğınlar əsasən cəbhənin Ağdan rayonu istiqamətində baş verib. İyunun 29-u Ağdam rayonunun işğal altından olan yaşayış məntəqələri üzrə ümimilikdə 280 hektar ərazinin yandığı aşkar edilib.