Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin zabitlərinə ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Mia.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin aşağıdakı zabitlərinə ali hərbi və ali xüsusi rütbələr verilib:
general-leytenant ali hərbi rütbəsi
general-mayor Fazil Nəriman oğlu Ələkbərova
polis general-mayoru ali xüsusi rütbəsi
polkovnik Heydər Teyyub oğlu Heydərova
Xatırladaq ki, Fazil Ələkbərov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri, Heydər Heydərov isə DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisidir.
****
Prezident İlham Əliyev Kamal Qafarova "Əməkdar həkim” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
K.Qafarova "Əməkdar həkim” fəxri adı Daxili İşlər Nazirliyində səhiyyə sahəsinin inkişafında xidmətlərinə görə verilib.