Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsindəki cərimə meydançasında bu gün günorta saatlarında baş verən yanğın tamamilə söndürülüb.
Yanğınsöndürən maşınlar ərazini tərk etdikdən sonra hadisənin baş verdiyi meydançaya yalnız avtomobil sahibləri buraxılıb.
Avtomobil dayanacağının gözətçisi bildirdi ki, hadisəyə zibil qutularındakı yanğın səbəb olub. Gözətçi onu da söylədi ki, ətrafın kol-kos olması yanğının qısa zamanda yayılmasına yol açıb.
Lakin yanğınsöndürən maşınlar vaxtında hadisə yerinə çatdığı üçün yanğın daha geniş ərazini əhatə etməyib.
Bakı Şəhər Yol Polisi İdarəsi qısa müddətdə zərərçəkənlərə dəymiş ziyanın ödəniləcəyini bildirib/Musavat.com.
***
Bakıda yanğın başlayıb. Hazırda paytaxtın Nizami rayonunda yerləşən avtomobil cərimə meydançası yanır.
Hadisə yerinə yanğınsöndürən maşınlar cəlb olunub. Yanğının söndürülməsi üçün işlər aparılır. Yanğın hələ də davam edir.
Yanğın hələ də davam edir. Yanan maşınlar arasında "BMW", "Niva" və Vaz 2106-07 də var. Çoxu istifadəyə yararsızdır.
Hazırda Nizami rayon icra başçısı Arif Qasımov da hadisə yerinə gəlib. İlkin məlumata görə, yanğın nəticəsində 50-yə yaxın avtomobil yanıb. Onların bir çoxu tamamilə, bəzilərinin isə bir qismi yanıb/qafqazinfo.




