"Azərbaycanda hakimlərə tətbiq edilən yaş məhdudiyyətinə düzəliş edilməlidir”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib. O, bildirib ki, nəzərdə tutulan yaş həddi 68-dir:

"Bu, rəqəm artırılmalıdır. Ömürlük olması da problem yaratmaz. Əgər kim işləyə bilməyəcəksə, istefa verəcək. Digər dövlətlərdə də bu cürdür”.

Milli Məclisin sədri Oqtay Əsədov Q.Həsənquliyevə belə cavab verib: "Sən kiminsə istefa verəcəyinə inanırsan?!”