Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bu gün nazir təyinatı ilə bağlı  fərman imzalayıb.

Mia.az Nuhçıxan-a istinadən bildirir ki,  fərmana əsasən, Bəhruz Surxay oğlu Bayramov Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri təyin edilib.

Qeyd edək ki, Bəhruz Bayramov bundan əvvəl Həsən Əliyev adına "Araz” Elm-İstehsalat Birliyinin baş direktoru və eyni zamanda Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini vəzifəsində çalışıb.