Akif Nağını "bandotdel"ə apardılar
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı daxili işlər naziri Ramil Usubovun Ermənistana səfəri ilə bağlı verdiyi bəyanatla əlaqədar olaraq polis tərəfindən saxlanılıb.
A.Nağını QAT-ın ofisinin yerləşdiyi Rəsulzadə qəsəbəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 12 əməkdaşı saxlayaraq idarəyə aparıblar. İdarənin rəisi Mirqafar Seyidov QAT-ın bəyanatında təhqir elementlərinin olduğunu bildirib və bu kimi fəaliyyətdən çəkinməyə çağırıb. A.Nağı Xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08