Bu gün Türkiyədə növbədənkənar prezident və parlament seçkiləridir.
Mia.az xəbər verir ki, prezident seçkisində əsas mübarizənin hazırkı prezident Ərdoğanla CHP-nin namizədi Muharrə İncənin arasında gedəcəyi gözlənilir.
Qeyd edək ki, prezidentliyə digər əsas namizədlər "İYİ"nin qurucusu Maral Akşener, "Səadət"in lideri Temel Karamollaoğlu və HDP-nin həbsdə olan hımsədri Dəmirtaşdır.
Parlament seçkisində gəldikdə isə əsas mübarizənin AKP-MHP-nin yaratdığı "Cumhur" ittifaqı ilə CHP-İYİ-Səadət partiyalarının qurduğu "Millət" blokunun arasında gedəcəyi şəksizdir.
Seçkidə səsvermə Bakı vaxtı ilə saat 9-da başlayıb, 18.00-da bitəcək.