Kənd təsərrüfatı naziri İnam Kərimov bu gün 50-yə yaxın pambıqçının zəhərləndiyi İmişli rayonuna gedir.
Bu barədə Mia.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Nazir hadisə baş verən ərazidə olacaq və zəhərlənən sakinlərlə görüşəcək.
Qeyd edək ki, pambıq sahəsində 50-dən çox fəhlənin zəhərləndiyi bildirilsə də, rəsmi rəqəmlər hələ açıqlanmayıb.