Mia.az Türkiyə mətbuatına istinadən bildirir ki, hadisə AKP-li deputat İbrahim Halil Yıldızın da aralarında olduğu bir qrup partiya üzvü Suruçdakı ticarətçilərlə görüşmək istəyərkən baş verib: "Lakin HDP-li olduğu önə sürülən bir qrup silahlı şəxs AKP-lilərə hücum edib. Nəticədə çıxan davada 12 nəfər yaralanıb. Onlardan ağır yaralanmış 3-ü həkimlərin müdaxiləsinə baxmayaraq, xəstəxanada dünyalarını dəyişiblər".
Məlumata görə, ölənlərdən biri AKP-li deputat İbrahim Halil Yıldızın qardaşıdır.
Mia.az