Gədəbəy rayonunda yaşayış evi yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının yaydığı məlumata görə, hadisə Gədəbəy rayonu, Qızıltorpaq kəndində (rayon mərkəzindən 30 km aralı) baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 250 kv.m olan ikimərtəbəli fərdi evin yanar konstruksiyaları içərisindəki ev əşyaları ilə birlikdə yanıb və evdə olan 2 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb. Yanğın yerinin kəşfiyyatı zamanı isə ev sahibinin oğlu 1980-ci il təvəllüdlü Somuyev Aqşin Əli oğlunun cəsədi aşkar olunub.