Bu gün səhər saatlarında Pirquluda zəlzələ baş verib. AMEA-nın respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yerli vaxtla 07:53-də Pirquludan 16 km simal-qərbdə zəlzələ qeydə alınıb. Yeraltı təkanlar 12 ballıq cədvəl üzrə episentrdə 3 bal, Pirqulu ərazisində 3 bala qədər hiss edilib. İnsan təlafatı və tikililərdə dağıntı yoxdur.