Təhsil naziri Misir Mərdanov 2011/2012-ci dərs ilində "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin keçirilməsi haqqında əmr imzalayıb. Əmrə əsasən 2011/2012-ci dərs ilində müsabiqələrdə iştirak üçün sənədlərin qəbulu oktyabrın 10-dan başlayacaq və noyabrın 10-dək başa çatdırılacaq.