Bu gün Xəzər dənizində zəlzələ baş verib. AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkan saat 14:30-da Xəzər dənizində, Qubadan 85 km şimali-şərqdə qeydə alınıb. 30 km dərinlikdə baş verən və maqnitudası 3.00 olan zəlzələ hiss olunmayıb.