Bu gün Müsavat Partiyasının qərargahında İctimai Palatanın növbəti sessiyası keçirilib. Sessiyada 2 aprel ölkədəki ictimai-siyasi durum müzakirə olunub, vicdan məhbuslarının məsələsi müzakirə olunub. Bundan əlavə, quruma yeni üzvlər qəbul edilib. Palataya qəbul edilənlər İctimai Palatanın 2 aprel aksiyasında saxlanılan və barələrində cinayət işi açılaraq həbs edilən gənclər olub. İP-in sessiyasında dövlət müstəqilliyimizin bərpa olunmasının 20-ci ildönümü ilə bağlı xalqa bayram təbriki ünvanlanıb. Bundan başqa, qərara alınıb ki, oktyabrın 18-də istiqlal bayramı ilə əlaqədar olaraq mitinq-yürüş keçirilsin. Koordinasiya Şurasına tapşırılıb ki, bayram mitinqinə hazırlıqla bağlı işləri görsün, Bakı Şəhər İcra Hakimiyyətinə müvafiq müraciət göndərsin.