Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev ATƏT-in Bakı ofisinin yeni təyin olunmuş rəhbəri Koray Tarqayı qəbul edib. Nazirliyin mətbuat xidmətindən MİA-ya daxil olan məlumatda bildirilir ki, təyinatı ilə bağlı Koray Tarqayı təbrik edən müdafiə naziri müxtəlif sahələrdə Azərbaycanla ATƏT-in əlaqələrindən danışıb. Görüş zamanı regionda mövcud vəziyyət barədə fikir mübadiləsi aparılıb.