QMi Qurban Bayramının vaxtını açıqladı
Bu il Həcc ziyarətinə gedəcək avtobusların marşrutunda dəyişiklik olacaq. Bu barədə jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Hacı Sabir Həsənli məlumat verib. O bildirib ki, Suriyada yaşanan hadisələrlə bağlı bu il Həcc ziyarətinə yollanacaq avtobuslar Suriyadan keçməyəcək, İran-İraq-Səudiyyə Ərəbistanı marşrutu üzrə hərəkət edəcək. Onun sözlərinə görə, bu çox rahat bir marşrutdur.
?Azərbaycanda Qurban bayramı noyabrın 6-da qeyd olunacaq. Zəvvarlar isə Həcc ziyarətinə avtobuslarla oktyabrın 25-26-dan yola düşəcəklər. Hər il olduğu kimi, bu il də Azərbaycandan təxminən 2000 nəfər Həcc ziyarətinə gedəcək. Həcc ziyarətinə avtobusla gedənlər 40-41 avtobusla yola düşəcəklər. İraq hökuməti Həcc ziyarətinə gedənlərin təhlükəsizliyinə təminat verib", - deyə o əlavə edib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08