Azərbaycan prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Krallığının energetika üzrə dövlət naziri Çarlz Hendrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Krallığı arasında əlaqələrin bütün sahələrdə yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib. Ölkələrimiz arasında energetika sahəsində əməkdaşlığın uğurla davam etdiyi vurğulanıb və bu əməkdaşlığın qeyri-neft sektorunda da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu bildirilib.