Bu il avqust ayının 1-nə Azərbaycan Respublikası üzrə bankomatların sayı 2002 ədəd olub. Mərkəzi Bankın mətbuat xidmətindən verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 193 ədəd çoxdur. Cari ilin avqustun 1-nə bankomatların 1112-si Bakı şəhərində, 890-u isə digər şəhər və rayonlarda yerləşir. Bu dövrdə Azərbaycan Respublikası üzrə Pos-terminalların sayı 11272 ədəd olub. Cari dövrdə pos-terminalların 10306-sı Bakı şəhərində, 966-sı isə digər regionlarda yerləşir. Bu il avqust ayının 1-nə Azərbaycan Respublikası üzrə dövriyyədə olan ödəniş kartlarının sayı keçən ilin müvafiq dövrünə nisbətən 6,6 faiz artaraq 4 milyon 429 min ədədə çatıb. Bankomatlar və Pos-terminallar vasitəsilə ödəniş kartları ilə aparılan əməliyyatların sayı 4 milyon 324 min ədəd olub. Onlardan 95 faizi debet kartlarının payına düşür.