ictimai Palata fövqəladə toplantı keçirdi
Bu gün İctimai Palatanın Koordinasiya Şurasının fövqəladə toplantısı keçirilib. Toplantıda 2 aprel məhbusları ilə bağlı məhkəmə prosesi məsələsi müzakirə edilib. Qurum üzvləri məhkəmə prosesinin sifarişli və qanunsuz olduğunu bildirib.
İctimai Palatanın Koordinasiya Şurasının bugünkü növbədənkənar toplantısının qərarları aşağıdakı kimi olub: 1. Vicdan məhbusları ilə bağlı yaranmış duruma görə sabaha təyin olunmuş İran müzakirələri təxirə salınır; 2. 29 sentyabrda mətbuat konfransı keçirilməsi qərara alınır. 3. IP-in sessiyası şənbə gününə keçirilir.
Sentyabr ayının 29-da İctimai Palatanın rəhbərliyi 2 aprel məhbuslarının işi ilə bağlı mətbuat konfransı keçirəcək. Mətbuat konfransı Müsavat Partiyasının qərargahında saat 12-də baş tutacaq(musavat.com).
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08