Bakıda yağız, rayonlarda leysan olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 27-də hava şəraitinin buludlu olacağı, gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, gün ərzində dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-18 dərəcə, gündüz 22-24 dərəcə isti təşkil edəcək.
Sentyabrın 28-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-19, gündüz 22-26 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında sabah şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 dərəcə, gündüz 22-27 dərəcə, dağlarda gecə 7-12 dərəcə, gündüz 13-18 dərəcə isti təşkil edəcək.
Sentyabrın 28-də bölgələrdə hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı, gözlənilir. Şərq küləyi əsəcək. Gecə 14-19, gündüz 24-29, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti olacaq.
Yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08